ATİB sədri “2014 Tiflis sammiti” adlı beynəlxalq tədbirdə iştirak edir

Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə "2014 Tiflis sammiti” keçirilir

6 may 2014-cü il tarixində  Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə "2014 Tiflis sammiti” öz işinə başlayır.

"2014 Tiflis sammiti” adlı beynəlxalq tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq. Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaqlar.