ATİB İdarə Heyətinin sədri Cemal Yangın "Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə təsiri" mövzulu beynəlxalq konfransda çıxış etdi

3 noyabr 2014-cü il tarixində Azərbaycan İqtisad Universitetində təşkil olunan, "Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə təsiri" mövzulu beynəlxalq konfransın məruzəçiləri SAM-ın Qloballaşma və İqtisadiyyat şöbəsinin müdiri Dr. Vüsal Qasımlı, Türkiyə Enerji Nazirliyinin aparat müavini Zafer Benli, AK Partiya Ərzurum, millət vəkili Adnan Yılmaz, İstanbul Ticarət Universitetinin müəllimi, Prof.Dr. Murat Yülək, İldirım Bəyazit Universitetinin müəllimi, Prof. Dr. Erdal Tanas, "Daily Sabah" qəzeti köşə yazarı Dos. Dr. Ali Ünal, Türk XİN SAM-ın şöbə müdiri Ümit Alpaslan və Türkiyə Enerji Nazirliyinin işçisi Çağlayan Yıldız olmuşdur.

Türkiyə Respubikası Xaricdə Yaşayan Türklər və Qohum Xalqlar Komitəsinin direktoru Kudret Bülbül ATİB ofisində iş adamları ilə görüşdü

3 noyabr 2014-cü ildə ATİB ofisində Türkiyə Respubikası Xaricdə Yaşayan Türklər və Qohum Xalqlar Komitəsinin direktoru Kudret Bülbülün iş adamları ilə görüşü təşkil olundu.

Qonaqları salamlayan ATİB İdarə Heyətinin sədri Cemal Yangın Təşkilatın yaranması, fəaliyyətləri, missiyası barədə məlumat verdi. ATİB sədri cənab Kudret Bülbülə Azərbaycan səfərini reallaşdırdığına görə təşəkkürünü bildirdi və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından bəhs etdi.