Türkiyənin mədəniyyət günləri həftəsi tədbirləri sırasında “Əl sənətləri” və “Türkiyədən Rənglər” foto-sərgilərinin açılışı olub

24 noyabr 2014-cü ildə Muzey Mərkəzində Türkiyənin mədəniyyət günləri həftəsi tədbirləri sırasında "Əl sənətləri” və "Türkiyədən Rənglər” foto-sərgilərinin açılışı olub.

Sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.