ATİB üzvləri səhər yeməyinə toplaşdılar
30 noyabr 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) üzvləri artıq ənənə formasına düşmüş səhər yeməyində toplaşdılar. Müasir iş dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən ATİB bu ənənə ilə üzvləri arasında işgüzar münasibətlərin qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından tanımasında vasitəçilik etməyi nəzərdə tutur.