ATİB sədri “Tekfen İnşaat və Təsisat” A.Ş-nin tədbirində iştirak etdi

2 dekabr 2014-cü ildə ATİB üzvü olan "Tekfen İnşaat və Təsisat” A.Ş Layihələndirmə və İnşaatını davam etməkdə olan Bakı Olimöiya Stadionu layihəsinin 20-ci sayında 170.000.000 qəzasız adam saatına nail olaraq, layihənin 93% tamamlanmasının sevinci ilə birlikdə Tekfen Davamlılıq mükafatlarının da təqdim olunma mərasimini keçirdi.

Mərasimdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşık Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət etdi

2 dekabr 2014-cü ildə Azərbaycanda səfərdə olan Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət etdi.

Cənab naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın və digər iş adamları müşayiət edirdi.