Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ATİB ofisində olub

4 dekabr 2014-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində İdarə Heyətinin sədri Cemal Yangın Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat ilə görüşü olmuşdur. Görüşdə İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Aydın Məmmədov  iştirak etmişdir.

Görüşdə Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlər müzakirə olunub. Cemal Yangın əməkdaşlıq üçün təşəkkür edərək, ATİB-in son fəaliyyəti barədə məlumat verib. O, Türkiyə Səfirliyinin hər zaman ATİB-ə xüsusi diqqət ayırdığını vurğulayıb və bundan sonra da əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu bildirib.

Görüş əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrlə davam etdirilib.

Bilkent Cyberpark nümayəndələrindən ibarət olan iş adamları ATİB ofisini ziyarət etdilər

4 dekabr 2014-cü ildə Bilkent Cyberpark nümayəndələrindən ibarət olan iş adamları ATİB ofisini ziyarət etdilər. Qonaqları ATİB İdarə Heyətinin  sədri Cemal Yangın və İdarə heyəti sədrinin müavini Mehmet Sami Acarözmen qəbul etdi. Qonaqlar ölkəmizə investisiya yatırmaq məqsədi ilə gəldiklərini və Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə görüşüb əməkdaşlıq etmək niyyətində olduqlarını ifadə ediblər.