AZƏRBAYCAN-TÜRKİYƏ-ABŞ ƏLAQƏLƏRİ KONSEPSİYASI (ATUS)


ATİB-in ilk növbədə Türkiyə ilə Azərbaycan, sonra isə Türkiyə, Azərbaycan və digər ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi missiyasının təzahürü olaraq, 2006-cı ildə “Azərbaycan-Türkiyə-ABŞ Əlaqələri” – ATUS Konsepsiyasını işləyib-hazırlamışdır. Bu Konsepsiya Avrasiya regionu üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi əlaqələri gücləndirməyi və biznes sahəsində tərəfdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. Konsepsiya strateji əhəmiyyətə malik Avrasiya regionunda hər bir ölkənin məqsədlərini və onların bu məqsədlərə çatmaq üçün birgə fəaliyyət istiqamətlərini müəyyən etməyə çalışır. Bununla əlaqədar meydana çıxan məsələlər ATUS konsepsiyası çərçivəsində müntəzəm olaraq təşkil olunan beynəlxalq elmipraktik konfranslarda müzakirəyə çıxarılır.