BAĞLAR, ƏLAQƏLƏR, SİNERJİ (BİS)


ATİB-in ilk layihəsi olan BİS (Bağlar, İlişkilər, Sinerji) Konsepsiyasının hazırlanmasında və həyata keçirilməsində məqsəd Azərbaycanla Türkiyə arasındakı əlaqələrin hərtərəfli şəkildə daha da genişləndirilməsinə dəstək verməklə yanaşı, ölkələrimizin üçüncü ölkələrdə bir yerdə düzgün şəkildə tanıdılmasına nail olmaqdan ibarətdir. ATİB hesab edir ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələr kompleks şəkildə gücləndirilərək sinerji yaradılmalı və bu sinerji ölkələrimizin öz aralarında mövcud olan münasibətlərlə yanaşı, digər ölkələrlə münasibətlərin də inkişafına töhfə verməlidir.