ƏLAQƏLİ TƏŞKİLATLAR


ECOSOC

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) ATİB-ə ECOSOC yanında "xüsusi konsultativ status" verib. Bu status ECOSOC-un qeyri-hökümət təşkilatları ilə iş bölməsinə üzvlük xarakteri daşıyır. Beynəlxalq iqtisadi və sosial məsələlərin müzakirəsi və üzv dövlətlərə müvafiq tövsiyələrin hazırlanması üçün BMT-nin əsas platforması olan ECOSOC yarandığı 1945-ci ildən vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edir.

UN Global Compact

2008-ci ildə BMT-nin Qlobal Saziş təşəbbüsünə qoşulan ATİB bu addımı atmış ilk azərbaycanlı iş adamları birliyidir. Qlobal Saziş əməliyyat və strategiyasını insan hüquqları, əmək, ətraf mühit sahəsi üzrə və korrupsiyaya qarşı mübarizə məqsədilə 10 prinsipə uyğunlaşdırmaq öhdəliyini götürmüş işguzar dairələrin bir "çərçivəsi”dir.

UBCCE (Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyi)

Regionda yaradılan ilk beynəlxalq qeyri hökumət təşkilatı olan UBCCE hazırda özündə 17 ölkədən 22 təşkilatı birləşdirir. UBCCE-nin qarşısında duran əsas məqsəd üzv olkələrin biznes təşkilatları arasında institutlanmış əməkdaşlığın qurulması və əlaqələrin təkmilləşdirilməsi, ticarət və investisiya fəaliyyətlərini və sahibkarlıq ruhunu gucləndirməklə regionun iqtisadi və sosial inkişafına yardım etməkdən ibarətdir. www.ubcce.org

ATAF (Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu)

Təşəbbüsün məqsədi Azərbaycan və Türkiyə tarixlərində ortaq məsələ olan erməni probleminin bitərəf və elmi cəhətdən qiymətləndirilməsi və sənədlərə əsaslanaraq həqiqətlərin aşkara çıxarılması, region xalqları arasındakı anlaşılmazlıqlar və əməkdaşlığa mane olan hər bir problemi aradan qaldıracaq həll yolunun tapılmasına töhfə verilməsidir.

ATİB 2009-cu ildə "ATAF: Avrasiyada Sosial və İqtisadi İnteqrasiya Modeli olaraq Regional Sülh naminə birgə fəaliyyət” adlı layihəyə görə, Amerika Assosiasiyaları Rəhbərləri Cəmiyyətinin (American Society of Association Executives – ASAE)  "Association Make a Better World” müsabiqəsi çərçivəsində Honorable Mention Award Winner mükafatına layiq görülüb.

ATAF US (Azərbaycan-Türkiyə-Amerika Fondu)

ATAF US təşkilatının yaradılmasında məqsəd ABŞ-da yaşayan və fəaliyyət göstərən Azərbaycan və Türkiyə cəmiyyətlərinə yönəlik olaraq ortaq tariximiz və məsələlərimiz barədə maarifləndirmə işini həyata keçirməklə bərabər, ABŞ-ın dövlət orqanları, universitetləri,qeyri-hökumət təşkilatları, biznes təşkilatları və digər təbəqələri ilə əməkdaşlıq çərçivəsində ölkələrimiz haqqında onları obyektiv informasiya ilə məlumatlandırmaqdır.