ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb


Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin məqsədi ATİB-in dəstəyi ilə universitet tələbələrinin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır.

Tədbirdə ATİB Üzvləri, İş Adamları, Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bildirib ki, ali təhsil müəssisəsinin qarşısında duran hədəflərdən biri məhz savadlı və təcrübəli mütəxəssislər hazırlamaqdır. Rektor vurğulayıb ki, bu istiqamətdə ölkədə fəaliyyət göstərən şirkət və qurumların, o cümlədən ATİB-in daim dəstəyinə ehtiyac var.

ATİB İdarə Heyətinin sədri Cemal Yangın çıxışı zamanı bildirib ki, ölkənin iqtisadi inkişafı insan resurslarının potensialı ilə birbaşa bağlıdır. Bu baxımdan mütəxəssislərin hazırlanması və inkişaf etdirilməsi cəmiyyətin, o cümlədən iş adamlarının qarşısında duran əsas vəzifələrdən biridir. Cemal Yangın qeyd edib ki, ATİB-ə üzv şirkətlər universitetin müəllim və tələbələri üçün bütün dəstəyi göstərməyə hazırdır.

Sonra ADİU ilə ATİB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanması keçirilib. Sənədə əsasən, tələbələrin ATİB şirkətlərində təcrübə keçməsi və peşəkar bacarıqlara yiyələnməsi üçün hərtərəfli şərait yaradılacaq.

Görüşdə müəllim və tələbələrin sahə biliklərinin artırılması istiqamətində təkliflər irəli sürülüb.

 

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 




  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • комментариев
  • публикаций
^
Cialis Farmacias En Canada viagra Wirkung Cialis Und Viagra