"Qarabağ" yeni tarix yazdı! - Azərbaycan klubu ilk dəfə ÇL-nin qrup mərhələsində


UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın "Qarabağ” klubu həlledici matça çıxıb.

APA-nın məlumatına görə, Qurban Qurbanovun komandası səfərdə Danimarkanın "Kopenhagen” klubu ilə qarşılaşıb.

Matç "Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına "Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

"Bütün Azərbaycan xalqını, azarkeşlərimizi, bir sözlə hər kəsi təbrik edirik"

"Qarabağ" yeni tarix yazdı! - Azərbaycan klubu ilk dəfə ÇL-nin qrup mərhələsində