Beynəlxalq Müəllimlər Günü!


Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər.

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyi olan uşaqları müəllimə etibar edir.

Ümidvarıq ki, Siz müəllimlər xalqımıza xas milli mənəvi dəyərləri bundan sonra da yaşadacaq və tükənməz intellektual potensialınızla gündən-günə yeniləşən respublikamızın çiçəklənməsi naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Sizi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, yaradıcılıq uğurları, hər birinizə cansağlığı arzulayırıq.

Beynəlxalq Müəllimlər Günü!