ATİB sədri İstanbul Reklam Marketin Gürcüstan ofisini ziyarət edib


Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın ATİB üzvü olan İstanbul Reklam Marketin Gürcüstan ofisini ziyarət etdi.

Qonağı salamlayan İstanbul Reklam Market şirkətinin rəhbəri Kaya Karslı ziyarət üçün ona təşəkkür etdi və bildirdi ki, ATİB-ə üzv olmaq İstanbul Reklam üçün çox qürurverici haldır. Öz növbəsində hərarətli qəbula görə təşəkkür edən ATİB sədri yeni Gürcüstan ofisinin açılışı münasibətilə təbrik edərək uğurlarının davamını arzuladı.

Görüş sonunda xatirə şəkli çəkildi.

ATİB sədri İstanbul Reklam Marketin Gürcüstan ofisini ziyarət edib