Giresun Ticaret və Sənaye Odası ATİB ofisində


11 yanvar 2018-ci ildə Giresun Ticaret və Sənaye Odası 29 nəfərlik iş adamları ilə ATİB ofisini ziyarət etdi.
 
Qonaqları ATİB İdarə Heyəti sədrinin müavinləri Mürsəl Rüstəmov və Avni Demirçi, İdarə Heyətinin üzvləri Kaya Karslı, Oktay Vayiç qəbul etdilər.
 

Qonaqları salamlayan Mürsəl Rüstəmov ATİB-in fəaliyyətləri barədə məlumat verdi. Qeyd olundu ki, təşkilat Azərbaycanda iqtisadiyatın, biznes mühitinin inkişafı o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsi istiqamətində müxtəlif fəaliyyətlər və layihələr həyata keçirir. ATİB təşəbbüslərindən danışan Avni Demirçi bildirdi ki, təşkilatın ölkə daxilində və xaricdə yaxşı əlaqələri mövcuddur.

 

Görüşdə Giresun Ticaret və Sənaye Odasının sədri Hasan Çakırmelikoğlu Azərbaycan və Türkiyənin iqtisadi əlaqələrinin mövcud vəziyyətindən bəhs etdi. Qeyd edilən istiqamətdə ATİB və Giresun Ticaret və Sənaye Odası arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə edildi və qarşılıqlı iş birliyinin məmnunluğu vurğulandı.

 

 
Giresun Ticaret və Sənaye Odası ATİB ofisindəGiresun Ticaret və Sənaye Odası ATİB ofisindəGiresun Ticaret və Sənaye Odası ATİB ofisindəGiresun Ticaret və Sənaye Odası ATİB ofisindəGiresun Ticaret və Sənaye Odası ATİB ofisindəGiresun Ticaret və Sənaye Odası ATİB ofisindəGiresun Ticaret və Sənaye Odası ATİB ofisində