ATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblər


Yanvarın 26-da ATİB İdarə Heyətinin sədri Cemal Yangin, İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov, İdarə heyətinin üzvləri Kaya Karslı və Rafiq Qarayev Ukrayna Respublikasının Kiyev şəhərinə səfər ediblər.
 
 
Səfər çərçivəsində onlar Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşüblər.

ATİB sədri Cemal Yangın bildirib ki, ümummilli lider Heydər Əliyev öz çıxışlarında Azərbaycan və Türkiyə iş adamlarının üçüncü bir dövlətdə birgə güclü fəaliyyətinin vacibliyini vurğulayırdı. Bizim qurum da Azərbaycan və Türkiyə iş adamlarının üçüncü dövlətlərdə layihələri gerçəkləşdirmək istiqamətində fəaliyyətini davam etdirir. Bu ölkələr arasında Ukrayna da prioritet hesab edilir.

Öz növbəsində cənab səfir Azər Xudiyev Azərbaycan və Türkiyə iş adamlarının Ukraynada iri layihələrdə iştirakı üçün hər cür dəstək verməyə hazır olduğunu bildirib. Səfir qeyd edib ki, Ukraynada biznes mühiti etibarlı tərəfdaşlarla birgə investisiya qoyuluşunu həyata keçirmək üçün çox əlverişlidir.
ATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblərATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblər
ATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblər
 
ATİB nümayəndə heyəti daha sonra Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezelin qəbulunda olublar. Görüşdə həmçinin Türkiyənin Ukraynadakı səfirinin Ticarət müşaviri Haydar Koçakda iştirak edib.

Cənab səfir qeyd etdi ki, Ukrayna Türkiyə və Azərbaycan arasındakı iqtisadi əlaqələrə inanaraq iş adamlarının da dəstəyi ilə daha da güclənəcək və qarşılıqlı ticarət həcmləri daha da artacaq.
ATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblər
ATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblər
 
Türk Ukrayna İşadamları Dərnəyinin (TUİD) sədri Burak Pehlivanın qəbulunda olan ATİB İdarə Heyəti indiyədək görülən işlər barədə məlumat verdilər.

Dövlət başçılarının hər zaman türk xalqları arasında birliyin möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edən Burak Pehlivan inkişaf naminə hər cür dəstəyə hazır olduğunu vurğuladı.

Ukraynadakı Türkiyə və Azərbaycan mənşəli iş adamları və dərnəkləri arasında gözəl bir sinerji meydana gələcəyini qeyd edən ATİB İdarə Heyəti üzvləri bu səfərdən məmnun qaldıqlarını bildirdilər.
ATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblərATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblərATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblərATİB İdarə Heyəti Ukrayna Respublikasına işgüzar səfər ediblər