ATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdi


Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda soyqırım törədilmsəinin ildönümüdür.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılıb, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünüb. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olublar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilib.
ATİB İdarə Heyəti, üzvlər və ATİB Katibliyi Bakıda "Ana harayı" abidəsinin qarşısına gələrək Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər.
Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə ATİB sədrinin müavini Avni Demirçi, İdarə Heyətinin üzvü Rafiq Qarayev, Xəyal Rəhimov, Katiblik, ATİB üzvü Kamaləddin Mənsimov və digər üzvlər gül dəstəsi qoydular.
ATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdiATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdiATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdiATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdiATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdiATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdiATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdiATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdiATİB nümayəndələri "Ana harayı" abidəsi ziyarət etdi