“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans


Fevralın 27-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə 300-dən çox sahibkarın iştirakı ilə "Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirilib.

Konfransda ATİB sədri Cemal Yangın, sədr müavini Avni Demirçi, BSC şirkəti, ATİB Baş Katibi Pərvanə Hacıyeva iştirak etdi. 
Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursuna uyğun olaraq, qeyri-neft sektorunun və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, bu tədbirlərin iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılmasında, məşğulluğun təmin edilməsində rolunu vurğulayıb.

Sonra tədbir iştirakçıları 200-dək kiçik sahibkarlıq subyektinin məhsul və xidmətlərinin nümayiş olunduğu sərgi-satış yarmarkası ilə tanış olublar.

Sərgidə ATİB Qızıl üzvü olan "Azersun Holding" və ATİB üzvü "L.B. Audit Xidməti”nin stendi də iştirakçılar tərəfindən maraqla qarşılandı.

“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans