ATİB Nümayəndə heyəti cənab Elnur Süleymanmovla görüşdü


2 mart 2018-ci il tarixində ATİB Nümayəndə heyəti Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası Katibliyinin rəhbəri Cənab Elnur Süleymanovla görüşdü. Nümayəndə heyətinin tərkibinə ATİB İdarə heyətinin sədri Cemal Yangın, İdarə heyətinin sədr müavini Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü Kaya Karslı, ATİB üzvü Ali İhsan Genç, Baş Katib Pərvanə Hacıyeva, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşavir köməkçisi İsmayıl Haqverdiyev daxil idi.
Görüşümüzün əsas məqsədi Qeyri-leqal məşğulluqla mübarizə sahəsində iş adamları olaraq öhdəlik və vəzifələri öyrənmək idi.
Görüşdə həmçinin əməkdaşlığın inkişaf perspektivləri ilə əlaqədar müzakirələr aparıldı. ATİB nümayəndə heyətinin Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən yaranmış işçi qrupunun tərkibinə daxil olması ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu.
ATİB Nümayəndə heyəti cənab Elnur Süleymanmovla görüşdüATİB Nümayəndə heyəti cənab Elnur Süleymanmovla görüşdüATİB Nümayəndə heyəti cənab Elnur Süleymanmovla görüşdüATİB Nümayəndə heyəti cənab Elnur Süleymanmovla görüşdü