Ahmet Açıkgöz ATİB ofisində


4 aprel 2018-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin Əmək və Sosial müdafiə məsələləri üzrə müşaviri Ahmet Açıkgöz ATİB ofisində qonaq oldular.

Qonaqları salamlayan Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Sədri Cemal Yangın ziyarət üçün təşəkkürünü bildirdi və Ahmey bəyi yeni vəzifəyə keçdiyi üçün təbrik etdi.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən müşavir Türkiyənin Azərbaycandakı səfirliyi və ATİB arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, bu əməkdaşlığın daha da inkişaf etməsi üçün öz fəaliyyətləri dövründə bütün səyləri göstərəcəklərini vurğulayıblar.

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyi və ATİB arasında əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən bəhs olunaraq, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ahmet Açıkgöz ATİB ofisindəAhmet Açıkgöz ATİB ofisindəAhmet Açıkgöz ATİB ofisində