Bakıda “Turkaz magazine” jurnalının təqdimatı olub


Aprelin 6-da Türkiyə və Azərbaycanın ortaq nəşri olan "Turkaz magazine” jurnalının təqdimat mərasimi keçirilib.

Tədbirdə ATİB sədrinin müavini Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva iştirak edib.
Rafiq Qarayev çıxış edərək jurnalın iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə və iş adamları arasında əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib.

Jurnalın Türkiyə üzrə rəhbəri Yeganə Quliyeva nəşr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, jurnal ötən ilin noyabrından nəşr olunur və 6-cı nömrəsi artıq çapdan çıxıb. Aylıq tirajı 5 min nüsxə olan jurnalda siyasi, iqtisadi, səhiyyə, kulinariya, moda və s. mövzularda xəbərlər, o cümlədən tanınmış siyasətçilər, iqtisadçılar, səhiyyə işçiləri və iş adamları ilə müsahibələr yer alır.
 
Bakıda “Turkaz magazine” jurnalının təqdimatı olubBakıda “Turkaz magazine” jurnalının təqdimatı olub