ATİB “WORLDFOOD AZERBAIJAN 2014” sərgisində iştirak etdi


Mayın 22-dən 24-dək "WorldFood Azerbaijan-2014” Azərbaycan Beynəlxalq "Qida sənayesi” sərgisi keçirilib. Birliyimizin üzvü İteca Caspian şirkətinin təşkil etdiyi bu sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) öz stendi ilə qatılıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.

Bakı Ekspo Mərkəzində keçirilən bu sərgi qida sənayesi sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün regionun ən böyük tədbiri hesab olunur. Sərgidə stendi ilə iştirak etməklə ATİB biznes mühitində yeni əlaqələrin, ünsiyyət və münasibətlərin qurulması üçün imkanlarını nümayiş etdirib.

Qeyd edək ki, sərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Heydər Əsədov iştirak edərək iştirakçı şirkət və təşkilatların stendləri ilə tanış olub.

ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak edən şirkətlərin böyük marağına səbəb oldu.

Sərgi zamanı ATİB ziyarətçilərə təşkilat haqqında geniş məlumat verərək, nəşrlərini ("Ecovision" jurnalı, iqtisadiyyatın müxtəlif sektorları üzrə araşdırmalar) təqdim edib.

 

ATİB “WORLDFOOD AZERBAIJAN 2014” sərgisində iştirak etdi