ATİB-in Ümumi Yığıncağı keçirildi


08 may 2018-ci ildə Hyatt Regency otelində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirildi.

 

Prosedura uyğun olaraq Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçildi, həmçinin iclasın gündəliyi təsdiq edildi.

 

Ümumi Yığıncaqda çıxış edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, İqtisadiyyat və Vergilər Nazirliyinin nümayəndələri, AZPROMO prezidenti Rüfət Məmmədov, Deik Türkiyə Azərbaycan İş Konseyi Sədri cənab Selçuk Akat, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi xanım Ufuk Turganer, TÜİB sədri Hüseyn BüyükfıratATİB haqqında öz dəyərli fikirlərini bildirdilər.

 

Gündəliyə uyğun olaraq əvvəlcə ATİB İdarə Heyətinin 2017-ci il üzrə hesabatı iclas iştirakçılarına təqdim edildi. Daha sonra Təftiş Komissiyasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabat, Komissiya tərəfindən təqdim edilmiş rəyə əsasən Birliyin 2009-cu il üzrə illik balansı və maliyyə hesabatları iclas iştirakçıları tərəfindən təsdiqləndi.

 

İclas zamanı Birliyin Nizamnaməsinin 9.2.3. bəndinə əsasən İdarə Heyətinin tərkibi və İdarə Heyətinin sədri seçilməsi məsələsinə baxıldı və aşağıdakı qərarlar qəbul edildi:

 

1. Cemal Yangın (İstanbul Çarşı Import Export Ltd) – İdarə Heyətinin sədri

2. Avni Demirçi (Ziraat Bank Azərbaycan) – İdarə Heyətinin üzvü

3. Erdinç Güzel ("Azərbaycan Koka Kola Bottlers Ltd” MMC) – İdarə Heyətinin üzvü

4. Etibar Babaşlı (AtaBank Azərbaycan) – İdarə Heyətinin üzvü

5. Xəyal Rəhimov ("Real Təmizlik” MMC) – İdarə Heyətinin üzvü

6. Kaya Karslı ("İstanbul Reklam Market” MMC) – İdarə Heyətinin üzvü

7. Kəmaləddin Mənsimov ("Nabucco Memarlıq və İnşaat" MMC) – İdarə Heyətinin üzvü

8. Mürsəl Rüstəmov ("Positive Consulting” MMC) – İdarə Heyətinin üzvü

9. Osman Şahin ("Schneider Electric Middle East Projects”) – İdarə Heyətinin üzvü

10. Oktay Vayiç (Network Global Logistics MMC)– İdarə Heyətinin üzvü

11. Rafiq Qarayev ("RR Group of Companies" MMC)- İdarə Heyətinin üzvü

 

İclasda Təftiş Komissiyasına yeni üzvlər seçildi və tərkib aşağıdakı kimidir:

 

1. Könül Quliyeva (PricewaterhouseCoopers (PWC))– Təftiş Komissiyasının sədri

2. Qorxmaz Ağayev (Ata Holding) –Təftiş Komissiyasının üzvü

3. Fatih Güven (Güven Tour) –Təftiş Komissiyasının üzvü

 

 

İclas iştirakçıları həmçinin ATİB-in 2018-ci il üçün ştat cədvəli və büdcəsini təsdiq etdilər.

 

ATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildiATİB-in Ümumi Yığıncağı keçirildi