Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi


Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 8 may 2018-ci ildə keçirilmiş Ümumi Yığıncağında seçilmiş yeni İdarə Heyəti 10 may 2018-ci ildə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə onun xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoydular.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları üstünə tər çiçəklər düzülmüşdür.

Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzmüşdür.

Sonra yeni İdarə Heyətinin ilk iclası keçirildi. İdarə Heyətinin sədri Cemal Yangının sədrliyi ilə keçirilən iclasda İdarə Heyəti üzvləri arasında vəzifə bölgüsü həyata keçirildi. İdarə Heyətinin yekdilliklə aldığı qərara əsasən, İdarə Heyəti üzvləri Mürsəl Rüstəmov və Avni Demirçi İdarə Heyəti sədrinin müavinləri təyin edildilər.

Daha sonra İdarə Heyəti iclasın gündəliyi üzrə müvafiq qərarlar qəbul etdi.

İclasdan sonra isə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin təmsilçiləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral tərəfindən qəbul edilmişdir.

Qəbul üçün təşəkkür edən ATİB İdarə Heyətinin sədri Cemal Yangın hər zaman səfriliyin dəstəyini hiss etdiklərini bildirib: "Sizə və Türkiyə Respublikası səfirliyinin dəyərli əməkdaşlarına ATİB-in Ümumi Yığıncağında iştirakınıza görə təşəkkür edirik. ATİB olaraq bundan sonra da iki qardaş ölkənin maraqları naminə çalışacağımızdan əmin olmanızı istəyirik”.

Türkiyənin səfiri cənab Erkan Özoral öz növbəsində qeyd edib ki, ATİB Azərbaycanın iş adamları təşkilatları sırasında özünəməxsus yer tutur: "Əminəm ki, siz bundan öncə olduğu kimi, bundan sonra da işlərinizi uğurla davam etdirəcəksiniz. Biz ATİB-dən yeni layihələr və yeni uğurlar gözləyirik”.

 

Daha sonra İdarə Heyətinin üzvü Rafiq Qarayev yeni layihələrdən danışdı.
Görüş qarşılıqlı müzakirələrlə davam edib.
 Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi Səfir cənab Erkan Özoral ATİB İdarə Heyətini qəbul etdi