Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb


16 may 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB), Azərbaycan Respublikası Snahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), ölkəmizdə fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, ticarət palatalarının, istehsalçılar və ixracatçılar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə ATİB İdarə heyəti sədrinin müavini Mürsəl Rüstəmov və ATİB Baş Katibi Pərvanə Hacıyeva iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi islahatlar proqramının milli iqtisadiyyatın postneft dövründə də dayanıqlı inkişafa təminat yaratdığını vurğulayıb. Nazir bildirib ki, xüsusilə biznes və investisiya mühitinin yaxşılaşmasına və şəffaflaşmasına, sahibkarların maliyyə-institusonal dəstəklə əhatə olunmasına yönələn ardıcıl və kompleks tədbirlər özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin 80 faizi ötməsinə səbəb olub.
Biznes qurumlarının nümayəndələri sahibkarlığın dəstəklənməsi sahəsində aparılan uğurlu dövlət siyasətindən məmnunluq ifadə edib, sosial məsələlərin həllində hökumətlə əməkdaşlığı genişləndirmək əzmində olduqlarını diqqətə çatdırıblar.
Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər qeyd edilib, biznes qurumlarının sualları cavablandırılıb. Görüşdə qarşılıqlı məlumat mübadiləsi və biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində biznes strukturları ilə sosial tərəfdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb