Azərbaycan Respublikasında Kənd Təsərrüfatı sığortası


23 may 2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən hazırlanmış "Kənd Təsərrüfatı sığortası haqqında" qanun layihəsinin, həmçinin Türkiyənin aqrar sığorta mexanizminə dair və aqrar sığorta üzrə mərkəzi institut olan "TARSİM" əməliyyat modelinin fəaliyyətinə dair təqdimat mərasimi keçirilib.
Tədbirdə ATİB İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov və ATİB Baş Katibi Pərvanə Hacıyeva iştirak edib.
Palatanın Baş icraçı direktoru İbrahim Alışov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, kənd təsərrüfatı sığortası üzrə dayanıqlı və davamlı modelinin formalaşdırılması Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində" qeyd olunan prioritetdən biridir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyev bildirib ki, "Kənd Təsərrüfatı sığortası haqqında" Qanun layihəsinin qəbul edilməsi sözügedən sahə üzrə işgüzar aktivliyinin artmasına gətirib çıxaracaqdır.
Tədbirə xüsusi dəvət olunmuş Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü və digər ekspertlər Türkiyə Respublikasının kənd təsərrüfatı və aqro sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.
 Azərbaycan Respublikasında Kənd Təsərrüfatı sığortası  Azərbaycan Respublikasında Kənd Təsərrüfatı sığortası  Azərbaycan Respublikasında Kənd Təsərrüfatı sığortası