#cümhuriyyətüçünyaz müsabiqəsinin Mükafatlandırma Mərasimi keçirildi


11 iyun 2018-ci ildə Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş #cümhuriyyətüçünyaz müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) dəstəyi ilə keçirilən müsabiqədə ATİB Baş Katibi Pərvanə Hacıyeva və ATİB üzvü gümüş olan Anadolu Universitetinin koordinatoru Azər Hətəmov çıxış edib.
Tədbirdə ictimai-siyasi xadimlər, media nümayəndələri və iş adamları iştirak edib.
Qeyd edək ki, 2018-ci il mayın 1-də başlayan #cümhuriyyətüçünyaz müsabiqəsinə 28 may saat 12:00-da yekun vurulub. Müsabiqənin qalibləri avtomatik "random” üsulu ilə seçilib.
Ümumilikdə 1205 nəfərin qatıldığı müsabiqənin qalibləri müvafiq olaraq 50, 100, 300, 500, 1000 manat pul mükafatı qazanıblar. Bundan başqa, "Yeni Çağ” Media Qrupu öncədən elan etdiyi kimi, müsabiqədə ən yaxşı postu yazan 3 iştirakçını da mükafatlandırıb.
 
#cümhuriyyətüçünyaz müsabiqəsinin Mükafatlandırma Mərasimi keçirildi#cümhuriyyətüçünyaz müsabiqəsinin Mükafatlandırma Mərasimi keçirildi#cümhuriyyətüçünyaz müsabiqəsinin Mükafatlandırma Mərasimi keçirildi#cümhuriyyətüçünyaz müsabiqəsinin Mükafatlandırma Mərasimi keçirildi