"Gömrük və sahibkarlıq" mövzusunda görüş keçirilib


İyunun 21-də iş adamları ilə "Gömrük və sahibkarlıq" mövzusunda görüş keçirilib. Tədbiri Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası birgə təşkil edib. Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov iştirak edib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər. Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait, strateji yol xəritələri, yerli istehsalın artırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanda özəl sektora diqqət və qayğının nəticəsidir. Tədbirdə ATİB sədrinin müavini Mürsəl Rüstəmov üzvlər adından çıxış edərək təkliflər təqdim edib.
"Gömrük və sahibkarlıq" mövzusunda görüş keçirilib"Gömrük və sahibkarlıq" mövzusunda görüş keçirilib"Gömrük və sahibkarlıq" mövzusunda görüş keçirilib"Gömrük və sahibkarlıq" mövzusunda görüş keçirilib