Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman ATİB ofisində qonaq oldu


3 iyul 2018-cü ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində İdarə Heyətinin sədri Cemal Yangın Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman ilə görüşü olmuşdur.
 
Görüşdə Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlər müzakirə olunub. Cemal Yangın əməkdaşlıq üçün təşəkkür edərək, ATİB-in son fəaliyyəti barədə məlumat verib. O, Türkiyə Səfirliyinin hər zaman ATİB-ə xüsusi diqqət ayırdığını vurğulayıb və bundan sonra da əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu bildirib.
 
 
Görüş əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrlə davam etdirilib.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman ATİB ofisində qonaq olduTürkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmut Ağırman ATİB ofisində qonaq oldu