EnterpriseAzərbaycan portalı ictimaiyyətə təqdim edilib


Oktyabrın 2-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən yaradılan “www.enterpriseazerbaijan.com” portalının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə ATİB Baş Katibi Pərvanə Hacıyeva və digər ATİB üzvləri iştirak etdi.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Goldenpay” şirkətinin yaradıcısı Fərid İsmayılzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Estoniya İnvestisiya Agentliyinin direktorları Allan Selirand və Jaan Heinsoo çıxışlar ediblər.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı yerli layihə müəlliflərini, sahibkarlar və sərmayədarları “www.enterpriseazerbaijan.com” portalı ilə yaxından əməkdaşlığa dəvət edib.
EnterpriseAzərbaycan portalı ictimaiyyətə təqdim edilib EnterpriseAzərbaycan portalı ictimaiyyətə təqdim edilib