ATİB "Bakutel 2018” Sərgisində iştirak etdi


Dekabrın 4-dən 7-dək "Bakutel 2018” sərgisi keçirilib. Birliyimizin üzvü İteca Caspian şirkətinin təşkil etdiyi bu sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) öz stendi ilə qatılıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.
Sərgidə stendi ilə iştirak etməklə ATİB biznes mühitində yeni əlaqələrin, ünsiyyət və münasibətlərin qurulması üçün imkanlarını nümayiş etdirib. ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak edən şirkətlərin böyük marağına səbəb oldu.
ATİB stendini İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Rafiq Qarayev, Kaya Karslı, Kamaləddin Mənsimov, ATİB üzvü Tahsin Gündem və başqaları ziyarət etdilər. Onlar həmçinin sərgidə iştirak edən üzv şirkətlərimizi də ziyarət edərək, fəaliyyətlərində uğurlar arzu etdilər.
Sərgi zamanı ATİB ziyarətçilərə təşkilat haqqında geniş məlumat verərək, "Ecovision" jurnalını təqdim edib.
ATİB "Bakutel 2018” Sərgisində iştirak etdiATİB "Bakutel 2018” Sərgisində iştirak etdiATİB "Bakutel 2018” Sərgisində iştirak etdiATİB "Bakutel 2018” Sərgisində iştirak etdiATİB "Bakutel 2018” Sərgisində iştirak etdiATİB "Bakutel 2018” Sərgisində iştirak etdiATİB "Bakutel 2018” Sərgisində iştirak etdiATİB "Bakutel 2018” Sərgisində iştirak etdi