ATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdi


Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) olaraq 31 Yanvar 2019-cu ildə konfrans keçirdi. Konfransda ATİB üzvləri,Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cənab Erkan Özoral, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakı Təmsilçisi xanım Ufuq Turganer, Azərbaycan və Türkiyə iş adamları, tarixçi alimlər və mətbuat nümayəndələri iştirak ediblər. ATİB İdarə Heyətinin sədri Cemal Yangın 20 Yanvarı qəhrəmanlıq səlnaməsindən, bu günün önəmindən bəhs edib. Cemal Yangından sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, 20 Yanvar Azərbaycanın tarixində çox önəmli bir gündür. Nə qədər ağrılı bir tarix olsa da, 20 Yanvar Azərbaycanın önünü açan bir tarixdir. 20 Yanvarda şəhid olan, qazi olan hər kəslə qürur duyuruq. Gənclərimiz, uşaqlarımız bizdən 20 Yanvarın nə olduğunu soruşduqda, bunun cavabını bilməliyik və onlara gerçəkləri deməliyik. Tarixçi alimlər Nuru Məmmədov və Sevda Süleymanova 20 Yanvar faciəsi barədə geniş məlumat verərək, hadisənin yaranma səbəblərini, ondan sonra baş verən prosesləri tədbir iştirakçılarına çatdırıblar.
ATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdiATİB Ümumxalq Hüzn günü ilə əlaqədar konfrans keçirdi