Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfrans


23 Fevral 2019-cu ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyə Səfirliyinin Nuru Paşa Salonunda konfrans keçirib. Əvvəlcə Xocalıda həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ATİB idarə heyətinin sədr müavini Avni Demirçi qeyd etdi ki, 27 il əvvəl Xocalıda erməni quldur dəstələri tərəfindən baş vermiş qətliam əslində dinc əhaliyə qarşı törədilən soyqırımdır. O, bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin və 366-cı motoatıcı alayının zirehli texnikası, hərbi heyətinin köməyi ilə Xocalı şəhərinə hücumu zamanı 613 nəfər həlak olub. Onların arasında yüzlərlə günahsız insan, o cümlədən, uşaq, qadın və qocalar olub. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ötən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Azərbaycan türklərinə qarşı törədilən Xocalı soyqırımından və yaranma səbəblərindən danışıb. Tarixi həqiqətləri dilə gətirən H. İsaxanlı bildirib ki, ermənilərin varlığı onların yazdıqları tarixlə bağlı olub. Erməni millətçiləri tarixi istədikləri kimi yazırlar. Onların əsas məqsədi böyük Ermənistan yaratmaqdır. Lakin bütün bunlar boş xəyaldan başqa bir şey deyil. Anadolu Universitetinin ədəbiyyat fakültəsinin tarix bölməsinin nümayəndəsi Doç.Dr. Mehmet Topal və Azərbaycan Dövlət Universitetinin tarix kafedrasının nümayəndəsi Əziz Boran bildiriblər ki, bu faciə heç bir vaxt unudulmamalı, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfransXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfransXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfransXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfransXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfransXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfransXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfransXocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar konfrans




Цитата
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Buy Fucidin Cream Online Levitra Quanto Dura L'Effetto cialis 5mg best price Ou Acheter Du Cialis Pas Cher Cialis Free Samples Viagra Generico Pagamento Postepay