Türk musiqi alətləri Dövlət Muzeyinin fonduna təqdim edildi


15 mart 2019-cu il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş türk musiqi alətlərinin təqdimatı mərasimi keçirilmişdir.
Təqdimat mərasimi Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının başçısı Selçuk Akatın sponsorluğu ilə keçirildi.
Tədbirdə ATİB Baş Katibi Pərvanə Hacıyeva iştirak etdi.
Mərasimi giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Türkiyə vətəndaşları - Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının başçısı Selçuk Akatın muzeyə 12 ədəd - cura, tütək, Qara dəniz kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) türk musiqi alətlərini hədiyyə etdiyini qeyd etdi. Bu alətləri 2 ədəd cümbüş adlanan türk musiqi alətləri istisna olmaqla 10 ədədini musiqi alətləri ustası Feridun Obul hazırlamışdır. Sonra Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayev çıxış etdi.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış etmişlər. Tədbir zamanı Selçuk Akat daha 2 ədəd türk musiqi alətini muzeyə hədiyyə etmişdir.
Türk musiqi alətləri Dövlət Muzeyinin fonduna təqdim edildi Türk musiqi alətləri Dövlət Muzeyinin fonduna təqdim edildi Türk musiqi alətləri Dövlət Muzeyinin fonduna təqdim edildi Türk musiqi alətləri Dövlət Muzeyinin fonduna təqdim edildi