ATİB nümayəndələri təqdimatda iştirak ediblər


5 aprel 2019-cu ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans keçirib. Tədbirdə ATİB Sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva iştirak edib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azranking.az Portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək. Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. Bundan başqa, Azranking.az portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə və eyni zamanda, reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar mövcuddur. “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans zamanı Prezident İlham Əliyevin rəhbərliyilə İnvestorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, habelə vergi və gömrük sahəsində aparılan islahatlara dair təqdimatlar olub.
ATİB nümayəndələri təqdimatda iştirak ediblərATİB nümayəndələri təqdimatda iştirak ediblərATİB nümayəndələri təqdimatda iştirak ediblər