"Təminat qeydi – yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu"


2 may 2019-cu ildə Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində "Təminat qeydi – yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın iştirak edib.
Dəyirmi masada müzakirə zamanı təminat qeydinin məqsədi və tənzimləmə mexanizmi, torpaqla onun üzərində olan daşınmaz əmlakın hüquqi taleyinin vahidliyi, tikilməkdə olan binalarda yerləşən mənzillərin dəfələrlə satılması və mənzillərin tam hazır olmadan satılması ilə bağlı risklərdən müvafiq münasibət iştirakçılarının mühafizəsi, ödəmə öhdəliklərinin ipoteka ilə təmin edilməsi hallarında təminat qeydindən istifadə mexanizmləri mövzuları diqqət mərkəzində olub.