PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv tərəfdaşlıq çərçivəsində PAŞA Bank Miles&Smiles kartını təqdim etdi


2 may 2019-cu ildə ATİB üzvləri PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv tərəfdaşlıq çərçivəsində PAŞA Bank Miles&Smiles kartını təqdim etdi. Təqdimat mərasimində ATİB İdarə Heyətinin sədri Cemal Yangın iştirak etdi.
Belə ki, Azərbaycan maliyyə bazarında birinci dəfə olaraq PAŞA Bank Türk Hava Yolları ilə ko-brendinq formatında PAŞA Bank Miles&Smiles kartını müştərilərin ixtiyarına verir. Bu məhsulun bazara çıxarılması PAŞA Bankın ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsinin dəstəklənməsi hədəfləri çərçivəsində həyata keçirilmişdir.
PAŞA Bank Miles&Smiles kartı sahibləri ticarət və xidmət obyektlərində PAŞA Bankın POS terminallar şəbəkəsi daxilində və xaricində ödənişləri nağdsız həyata keçirmək, mil qazanmaq və toplanan milləri Türk Hava Yollarının 308 uçuş istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edir. Cari prinsip nəinki ölkə-daxili, həmçinin ölkə-xarici nağdsız ödənişlər üçün də keçərlidir. Bundan başqa, Müştəri Bankın partnyor şəbəkəsində PAŞA Bank Miles&Smiles kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edəcək. Həmçinin, PAŞA Bankın Miles&Smiles kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı 35 faizə qədər endirimlərdən faydalanmaq imkanı da təqdim olunur.
PAŞA Bankın Miles&Smiles kartının digər bir özəlliyi də kart sahibinə ilkin ödəniş müqabilində əlavə bonus millər (“Welcome milləri” funksiyası), eyni zamanda, öncədən aviabilet və ya digər xidmətlərə dəyişmək üçün əlavə millər (“Avans Millər” funksiyası) hədiyyə olunması imkanıdır. Bundan başqa, PAŞA Bankın Miles&Smiles kartının sahibləri Türk Hava Yolları tərəfindən “Miles & Smiles” bonus proqramı çərçivəsində konsyerj xidməti (çağrı və “Chatbot”), dünyanın bütün hava limanlarında VİP gözləmə otaqlarında qonaq olmaq, səyahət zamanı sığortalanma və digər bir sıra imtiyazlardan yararlanmaq şansı əldə edəcəklər.