İllik Maliyyə Hesabatı keçirildi


30 May 2019-cu ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində təşkilatın İllik Maliyyə Hesabatının növbəti iclası keçirildi.

İclası giriş nitqi ilə ATİB Baş Katibi Pərvanə Hacıyeva açıq elan etdi.

Daha sonra Prosedura uyğun olaraq iştirakçılar tərəfindən iclasın sədri və katiblər seçildi.

İclasın sədri ATİB İdarə Heyətinin sədr müavini Avni Demirci, 1-ci katib ATİB PR Manager Gülnar Şirinova, 2-ci katib ATİB üzvü olan “Zenit Tour” Şirkətinin direktoru seçildi. Avni Demirci qonaqlara xoş gəldin deyərək, iclası hər iki ölkə şəhidlərinin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başladı. Ardından hər iki ölkənin himnləri səsləndi.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri, Cənab Erkan Özoral qonaqları salamlayaraq ATİB-in fəaliyyətində uğurlar arzuladı.
Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Cemal Yangın İdarə Heyətinin 2018-ci il üzrə fəaliyyət hesabatını təqdim etdi.

Daha sonra Təftiş komissiyasının sədri, ATİB üzvü olan PricewaterhouseCoopers (PWC) şirkətindən Könül Quliyeva 2018-ci il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim etdi.

Bundan sonra İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxıldı. İşlərinin yoğunluğu səbəbindən İdarə Heyətinin üzvü Kəmaləddin Mənsimov və Oktay Vayiç xahiş etdilər ki, onlar İdarə Heyəti üzvlüyündən azad edilsinlər. Onların yerinə “Anadolu Vizyonu Kurs Destek Ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azər Hətəmov və “Ericson” şirkətinin Azərbaycan üzrə təmsilçisi Arda Çetiner ATİB İdarə Heyətinə üzv seçildilər.

Daha sonra Maliyyə Təftiş Komissiyasına üzv seçildi. LB Audit Konslatinq xidmətinin rəhbəri Lamiyə Bayramova sədr, Qorxmaz Ağayev və Fatih Güven üzv seçildilər.

ATİB Sədrinin müavini Mürsəl Rüstəmov 2019-cu il üçün büdcəsi təqdim etdi və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqləndi.