Türkiyənin Azərbaycandaki səfirliyinin ticarət müşaviri Ahmet Ataker və ATİB İdarə Heyəti Rem Service şirkətində


14 İyun 2019-cu ildə Türkiyənin Azərbaycandaki səfirliyinin ticarət müşaviri Ahmet Ataker və müavini Elşən Əbülhəsənli ATİB İdarə Heyəti ilə birlikdə üzvümüz olan Rem Service şirkətinin rəhbəri Rəfail Şirinovu ziyarət etdilər. Görüşdə ATİB sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Kaya Karslı və Baş Katib Pərvanə Hacıyeva iştirak etdi. Rəfail Şirinov qonaqları çox səmimi qarşılayaraq ziyarət üçün təşəkkür etdi. O, Rem Service şirkətinin yeni layihələrindən bəhs etdi.