Azər Hətəmovu ziyarət


2 İyul 2019-cu il tarixində Türkiyənin Azərbaycandaki səfirliyinin ticarət müşaviri Ahmet Ataker və müavini Elşən Əbülhəsənli, ATİB İdarə Heyəti ilə birlikdə Türkiyənin Anadolu Dövlet Univeristetinin Azərbaycandaki Açıköğretim tələbələrinə xidmətlər göstərən Anadolu Vizyonu şirkətinin Azərbaycan Nümayəndəliyinin-Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru, ATİB Idarə Heyətinin üzvü Azər Hətəmovu ziyarət etdilər.Görüşdə ATİB sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Rafiq Qarayev və Baş Katib Pərvanə Hacıyeva iştirak etdi. Azər Hətəmov qonaqları çox səmimi qarşılayaraq ziyarət üçün onlara öz təşəkkürünü bildirdi. O, Anadolu Universiteti-ATIB və Anadolu Vizyonu arasındakı rəsmi protokollara əsaslanan uğurlu əməkdaşlıq haqqında məlumat verərək Qurumun qarşıdaki yeni layihələrindən bəhs etdi.