KOSGEB ATİB Ofisində


1 avqust 2019-cu ildə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin birinci müsteşarı Cənab Volkan Öskiperin müşayiəti ilə Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi (KOSGEB) ATİB ofisini ziyarət etdi. Gələn heyətin tərkibinə sədr müavini Salih Tuna ŞAHİN, özel kalem müdiri Erhan Bahçeci və d. daxil idi. Qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Azər Hətəmov, Kaya Karslı qəbul etdilər.

Qonaqları salamlayan Cemal Yangın ATİB-in fəaliyyətləri barədə məlumat verdi. Qeyd olundu ki, təşkilat Azərbaycanda iqtisadiyatın, biznes mühitinin inkişafı o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsi istiqamətində müxtəlif fəaliyyətlər və layihələr həyata keçirir. ATİB təşəbbüslərindən danışan İdarə heyətinin üzvləri bildirdi ki, təşkilatın ölkə daxilində və xaricdə yaxşı əlaqələri mövcuddur.

Görüşdə Ağdam rayonunda yaradılacaq “Qarabağ Sənaye Məhəlləsi”ndən bəhs edildi. Qeyd edilən istiqamətdə ATİB və KOSGEB arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə edildi və qarşılıqlı iş birliyinin növbəti addımları müəyyən edildi.