Professor Selim Başar ATİB ofisində


2 avqust 2019-cu il tarixində Türkiyənin Anadolu Dövlət Universitetinin prorektoru, Professor Selim Başar ATİB ofisində qonaq oldu. Qonağı ATİB İdarə Heyətinin sədri Cemal Yangın və İdarə Heyətinin üzvü Azər Hətəmov qəbul etdilər.
ATİB İH sədri Cemal Yangın ATİB-in fəaliyyəti haqqında məlumat verdi və ayrıca olaraq ATİB-lə Anadolu Universiteti arasındakı açıkögretim sistemi təhsili üzrə uğurla davam edən əməkdaşlığından bəhs etdi.
ATİB İH üzvü Azər Hətəmov Anadolu Universitetinin Azərbaycandakı Türkiyə dövləti tərəfindən də dəstəklənən bu layihəsindəki mövcud durum haqqında məlumatlar verdi və Universitetin Azərbaycandakı məsafədən (uzaktan egitim) təhsil alan tələbələrinin salamlarını prorektor Selim Başara çatdırdı.
Prorektor Selim Başar da Anadolu Universitetinindəki son yeniliklər və qarşıda həyata keçirlməsi nəzərdə tutulan layihələr haqqında məlumat verdi.
Daha sonra Anadolu Üniversiteti ilə ATİB arasında "Anadolu Üniversitesi Azerbaycan Acikögretim Programları 2018-2019 ögretim Yılı Yaz Okulu" barədə Protokol imzalanıb. Protokolu Anadolu Universiteti adından Prorektor professor Selim Başar, ATİB adından İdarə Heyətinin sədri Cemal Yangın imzalayıb.