BAKININ İŞĞALDAN AZAD EDİLMƏSİ MÜNASİBƏTİLƏ ÇƏLƏNGQOYMA MƏRASİMİ KEÇİRİLİB


15 sentyabr 2019-cü ildə Bakının Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu tərəfindən qurtuluşunun 101-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

Mərasimdə ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Azər Hətəmov və digər ATİB üzvləri iştirak etdilər.

Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir məzarların üzərinə gül qoyma ilə başa çatıb.

Daha sonra mərasim iştirakçıları Şəhidlər Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə əklil qoyublar.