Təhsil müşaviri ATİB ofisində


25 sentyabr 2019-cu il tarixdə Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş Təhsil Müşaviri Nihat Büyükbaş və Təhsil Müşavirliyinin katibi Faiq Bayramov ATİB ofisini ziyarət etdi. Qonaqları ATİB sədri Cemal Yangın qarşıladı.

Görüşdə Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlər müzakirə olunub. Cemal Yangın əməkdaşlıq üçün təşəkkür edərək, ATİB-in son fəaliyyəti barədə məlumat verib. O, Türkiyə Səfirliyinin hər zaman ATİB-ə xüsusi diqqət ayırdığını vurğulayıb və bundan sonra da əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu bildirib.

Görüş əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrlə davam etdirilib.