Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin Rektorluğunun Baş Katibi Ersin Eroğlu Anadolu Universiteti Azərbaycan Proqramlarında oldular


Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Anadolu Dövlət Universitetinin Rektorluğunun Baş Katibi (Genel Sekreter) Ersin Eroğlu və Rektorluğun Tərcüməçisi Harun Serpil 28.09.2019 tarixində Anadolu Universiteti Azərbaycan Proqramlarında oldular. Öncə Azərbaycan Türkiyə İş adamları Birliyinin (ATIB) idarə heyətinin üzvü, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmovla keçirilən görüşdə Anadolu Universiteti Azərbaycan Proqramlarındaki mövcud vəziyyət müzakirə edildi. Daha sonra görüş və müzakirələr ATİB İH sədri Cemal Yangın, ATİB Baş Katibi Pərvanə Hacıyeva və digər qonaqlarin iştirakı ilə davam etdirildi.