ATİB səhər yeməyi


12 oktyabr 2019-cu ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) üzvləri artıq ənənə formasına düşmüş səhər yeməyində toplaşdılar. Müasir iş dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən ATİB bu ənənə ilə üzvləri arasında işgüzar münasibətlərin qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından tanımasında vasitəçilik etməyi nəzərdə tutur.

Səhər yeməyində qonaqları ATİB İdarə Heyətinin sədri Cemal Yangın salamladı. Səhər yeməyi üçün üzvlərin toplanmasını yeni bir ünsiyyət forması kimi dəyərləndirən ATİB sədri qeyd etdi ki, bu təşəbbüs əlverişli əməkdaşlıq imkanları yaradır, habelə münasibətlərin inkişafına töfhə verir.

Səhər yeməyinin sonunda İdarə heyətinin üzvü Kaya Karslının ad günü münasibətilə tort kəsildi, təbrik edildi.