Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib


Türkiyənin Azərbaycandakı səfirliyi cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Tədbirdə Tədbirdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın, sədrin müavini Avni Demirci, idarə heyətinin üzvləri Rafiq Qarayev, Azər Hətəmov, Arda Çetiner, Hasan Ellialtı, Osman Şahin, ATİB Baş Katibi Pərvanə Hacıyeva və digər ATİB üzvləri iştirak edib.

Həmçinin dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasim hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda qeyd olunub ki, Türkiyə xalqı bir millət və dövlət olaraq son dövrlərdə əhəmiyyətli anlar yaşayır: “Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz dövlət və millət olaraq son illər yenə də bir istiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq".