"Ostim Yenilənən Energetika və Ətraf Mühit Texnologiyaları Məhsuldarlığı Dərnəyi" ATİB ofisində


27 noyabr 2019-cu ildə "Ostim Yenilənən Energetika və Ətraf Mühit Texnologiyaları Məhsuldarlığı Dərnəyi" T.C. Ticarət Nazirliyinin dəstəyi ilə enerji sektorunda fəaliyyət göstərən şirkətlərin iştirakıyla xarici marketinq fəaliyyətinin həyata keçirilməsi üçün ATİB üzvləri ilə görüşdü. Qonaqları İdarə Heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvü Rafiq Qarayev və digər üzvlər qarşıladı. Görüşdə həmçinin “Azərsu” ASC-nin nümayəndələri də iştirak etdi.