Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir


Dekabrın 18-də Muzey Mərkəzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ATİB İdarə heyətinin sədri Cemal Yangında iştirak edib.
Tədbirdə müxtəlif nazirlik və dövlət qurumları, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak edib.
Rəsmi çıxışlardan sonra Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəhbəri Cemal Yangin Azərbaycanda özünün miqrant həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.

Miqrasiya Gününə həsr olunmuş tədbirin rəsmi hissəsinin sonunda Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal Miqrasiya Filmləri Festivalının iştirakçısı olan və Myanmanlı yeniyetmə miqrantın həyatına həsr olunmuş “İtmiş Oğlan” adlı film nümayiş olunub.

Həmçinin tədbir çərçivəsində ölkədə və xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillərdən ibarət stend sərgilənib.