Hülusi Kılıç ATİB ofisində


Türkiyənin Azərbaycandakı və Moldovadakı sabiq səfiri, nüfuzlu diplomat Hülusi Kılıç ATİB ofisində qonaq oldu. ATİB sədri Cemal Yangınla səmimi söhbət zamanı o bildirdi ki, həqiqətən Azərbaycan mənim vətənimdir. Mən həqiqətən də çox xoşbəxtəm. Ömrümün sonuna qədər hər zaman Azərbaycanın mənfəəti və Türk dünyası üçün çalışacam.