Sahibkarlar üçün seminar keçirilib


Dekabrın 19-da Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "İdxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi perspektivləri" mövzusunda sahibkarlar üçün seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və 30-dan çox sahibkar iştirak edib.

Tədbirdə ATİB Baş Katibi Pərvanə Hacıyeva və digər üzvlər iştirak edib.

Seminarın açılışında çıxış edən Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Eser Çengel idxal-ixrac əməliyyatlarında səmərəliliyin yüksəldilməsi perspektivləri mövzusunda keçirilən seminarı sahibkarlar üçün faydalı hesab edib.

Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Dövlət Gömrük Komitəsinin daim sahibkarlarla görüşlər keçirdiyini və bu tədbirlərin gömrük-biznes əməkdaşlığının, biznes mühitinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, gömrük-biznes əməkdaşlığınına xidmət edən bugünki seminarı təqdirəlayiq hal hesab edərək sahibkarları aktiv olmağa səsləyib.

Seminarın sonunda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb